BAKI, 26 mart. TELEQRAF
Türkiyə millisi dünya çempionatının pley-offunun finalına vəsiqə qazanıb.
Teleqraf xəbər verir ki, İstanbulda keçirilən yarımfinal görüşündə "ay-ulduzlular" Rumıniya yığmasını 1:0 hesabı ilə məğlub edib.
Matçın taleyini həll edən yeganə qolu 53-cü dəqiqədə Fərdi Kadıoğlu vurub.
Bu qələbə ilə Türkiyə finala yüksəlib, Mirça Luçeskunun rəhbərlik etdiyi Rumıniya isə DÇ-2026 ümidlərini itirib.
Türkiyə millisi martın 31-də keçiriləcək finalda Slovakiya - Kosovo cütünün qalibi ilə qarşılaşacaq. Həmin oyunda qalib gələn tərəf birbaşa dünya çempionatına vəsiqə qazanacaq.