BAKI, 20 mart. TELEQRAF
İngiltərənin “Arsenal” klubu Almaniya təmsilçisi “Bayer Leverkuzen”in hücumçusu Kristian Kofanenin transfer etməyi planlaşdırır.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, Mikel Artetanın rəhbərlik etdiyi London təmsilçisi 20 yaşlı kamerunlu futbolçunun çıxışını yaxından izləyir.
Klub bu transfer uğrunda “Real Madrid”, “Barselona” və “Çelsi” kimi nəhənglərlə rəqabət aparır.
Alman klubu Kofaneni yalnız yüksək məbləğ qarşılığında buraxmağa hazırdır. Yanvar ayında 45 milyon avroya yaxın təkliflərin geri çevrildiyi, hazırda isə oyunçunun qiymətinin 60- 70 milyon avro aralığında olduğu bildirilir.
Qeyd edək ki, futbolçunun Bundesliqa təmsilçisi ilə müqaviləsi 2029-cu ilə qədərdir. Bu mövsüm Bundesliqada 23 oyunda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan Kofane Kamerun millisində də 4 matçda 2 qol vurub.