BAKI, 10 mart. TELEQRAF
Azərbaycan milli komandasının futbolçusu Nəriman Axundzadə yeni müqavilə bağladığı ABŞ-nin "Kolambus Kryu" klubunun düşərgəsinə qoşulub.
Teleqraf xəbər verir ki, bu barədə MLS təmsilçisinin rəsmi sosial şəbəkə hesablarında paylaşım edilib.
Qeyd edək ki, "Kolambus Kryu" Nəriman Axundzadəni "Qarabağ"dan transfer edib. 21 yaşlı futbolçu ilə imzalanan müqavilənin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.