BAKI, 27 fevral. TELEQRAF
"Qarabağ"ın zədəli futbolçusu Kamilo Duranın durumuna aydınlıq gətirilib.
Ağdam təmsilçisinin mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, klubun tibbi heyəti tərəfindən aparılan müayinələrdən sonra kolumbiyalı hücumçunun vəziyyətinin yaxşı olduğu məlum olub.
Onun komanda ilə məşqlərə başlayacağı bildirilib.
Qeyd edək ki, Kamilo Duran İngiltərədə "Nyukasl"la keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu zamanı zədələnmişdi.