BAKI, 22 fevral. TELEQRAF

Futbol üzrə ABŞ çempionatında (MLS) yeni mövsümə start verilib.

Teleqraf xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin yeni klubu “Kolambus Krü” I turda səfərdə “Portlend Timbers” ilə qarşılaşıb. Gərgin keçən matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Nəriman Axundzadə hələlik komandaya qoşulmadığı üçün bu görüşün iştirakçısı olmayıb.

Günün digər maraqlı qarşılaşmasında MLS-in son çempionu “İnter Mayami” səfərdə “Los-Anceles” klubuna gözlənilmədən böyük hesabla (0:3) uduzub.

Qeyd edək ki, çempionatda növbəti turun oyunlarına fevralın 28-də start veriləcək.