BAKI, 18 fevral. TELEQRAF
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Nyukasl” oyununun ehtimal olunan heyətləri müəyyənləşib.
Teleqraf xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matça aşağıdakı tərkibdə çıxa bilərlər:
“Qarabağ” (4-2-3-1)
Qapıçı: 99. Mateuş Koxalski
Müdafiəçilər: 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev
Yarımmüdafiəçilər: 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 9. Joni Montiel, 10. Abdullah Zubir
Hücumçu: 17. Kamilo Duran
“Nyukasl” (4-3-3)
Qapıçı: 1. Nik Pop
Müdafiəçilər: 2. Kiran Trippyer, 12. Malik Tşau, 33. Den Börn, 3. Lüis Holl
Yarımmüdafiəçilər: 28. Co Uillok, 8. Sandro Tonali, 41. Ceykob Remzi
Hücumçular: 20. Entoni Elanqa, 27. Nik Voltemade, 10. Entoni Qordon
Qeyd edək ki, qarşılaşma saat 21:45-da start götürəcək.