BAKI, 12 fevral. TELEQRAF

UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə təşkil olunan tədbirdə A, B, C və D liqalarında qrupların tərkibi müəyyənləşib.

A Liqasının 1-cı qrupda yer alan Türkiyə millisi Fransa, İtaliya və Belçika seçmələrinə rəqib olub.

Liqaların tam tərkibi:

A Liqası:

1-ci qrup: Fransa, İtaliya, Belçika, Türkiyə.

2-ci qrup: Almaniya, Niderland, Serbiya, Yunanıstan.

3-cü qrup: İspaniya, Xorvatiya, İngiltərə, Çexiya.

4-cü qrup: Portuqaliya, Danimarka, Norveç, Uels.

B Liqası:

1-ci qrup: Şotlandiya, İsveçrə, Sloveniya, Şimali Makedoniya.

2-ci qrup: Macarıstan, Ukrayna, Gürcüstan, Şimali İrlandiya.

3-cü qrup: İsrail, Avstriya, İrlandiya, İsveç.

4-cü qrup: Polşa, Bosniya və Herseqovina, Rumıniya, Kosovo.

C Liqası:

1-ci qrup: Albaniya, Finlandiya, Belarus, San-Marino.

2-ci qrup: Monteneqro, Ermənistan, Kipr, Latviya/Cəbəllütariq.

3-cü qrup: Qazaxıstan, Slovakiya, Farer adaları, Moldova.

4-cü qrup: İslandiya, Bolqarıstan, Estoniya, Lüksemburq/Malta.

D Liqası:

1-ci qrup: Cəbəllütariq/Latviya, Malta/Lüksemburq, Andorra.

2-ci qrup: Litva, Azərbaycan, Lixtenşteyn.

Turnirin oyunları bu ilin sentyabrında başlayacaq.