BAKI, 8 yanvar. TELEQRAF

Türkiyənin "Fənərbağça" İdman Klubu azərbaycanlı sabiq atlet Ramil Quliyevə vəzifə verib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, o, İstanbul təmsilçisinin Atletika Departamentinin yeni rəhbəri təyin edilib.

Rəsmi imzalanma mərasimində departamentin İdarə Heyətinin üzvü Ozan Vural və Həvəskar Şöbələr üzrə koordinator Yüksel Seçkin Saruhan da iştirak ediblər.