BAKI, 8 yanvar. TELEQRAF
“Sabah” FK hücumçu Neqoş Kupusoviçlə yollarını ayırıb.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Neqoş 2024-cü ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 29 oyun keçirib.