BAKI, 8 yanvar. TELEQRAF

“Bavariya” futbolçusu Lenart Karlın müqaviləsini uzatmaq istəyir.

Teleqraf "Bild" nəşrinə istinadən xəbər verir ki, Münhen klubu 17 yaşlı yarımmüdafiəçi ilə 2031-ci ilin yayına qədər yeni anlaşma imzalamaq niyyətindədir.

Hazırda illik təxminən 1–2 milyon avro maaş alan futbolçu, müqavilə uzadıldıqdan sonra 5–7 milyon avro qazanacaq.

Transfermarkt portalı futbolçunun dəyərini 60 milyon avro qiymətləndirir.

Qeyd edək ki, cari mövsümdə Lenart Karl “Bavariya”nın əsas komandasında debüt edib. Klubun bütün turnirlərində 21 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə verib.