BAKI, 8 yanvar. TELEQRAF
“Brentford”un futbolçusu İqor Tyaqo Premyer Liqada bir mövsüm ərzində braziliyalı futbolçular arasında vurulan qolların sayı üzrə rekordu qırıb.
Teleqraf xəbər verir ki, 24 yaşlı forvard buna XXI tur çərçivəsində “Sanderlend”ə 3:0 hesabı ilə qalib gəldikləri matçın 30-cu və 65-ci dəqiqələrində dubl edərək nail olub.
O, bununla da cari mövsümdə qol sayını 16-ya çatdırıb. Premyer Liqada braziliyalı futbolçulardan heç biri bir mövsümdə bundan çox qol vurmayıb.
Qeyd edək ki, daha əvvəl Roberto Firmino (2017/18 mövsümü), Qabriel Martinelli (2022/23) və Mateus Kunya (2024/25) hər biri 15 qol vurmuşdu.