BAKI, 7 yanvar. TELEQRAF
UEFA Çempionlar Liqasının yeni topu təqdim edilib.
Teleqraf xəbər verir ki, yeni top “Adidas” şirkəti ilə UEFA-nın 25 illik əməkdaşlığına həsr olunub.
Yeni top əsas mərhələnin VII və VIII turunun, eləcə də pley-off mərhələlərinin oyunlarında istifadə olunacaq.
Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” komandası yanvarın 21-də evdə Almaniyanın “Ayntraxt Frankfurt”, 28-də isə İngiltərədə yerli “Liverpul” klubu ilə qarşılaşacaq.