BAKI, 6 yanvar. TELEQRAF
“Roma”nın ukraynalı futbolçusu Artem Dovbik karyerasının “Napoli”də davam etdirə bilər.
Teleqraf xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marzio məlumat yayıb.
Neapol təmsilçisi futbolçu ilə rəsmi danışıqlar aparır. Bununla yanaşı, Portuqaliyanın “Benfika” klubu da 28 yaşlı hücumçunu icarə əsasında heyətinə qatmaq niyyətindədir.
Transfermarkt portalı ukraynalı futbolçunun transfer dəyərini 20 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, Artem Dovbik cari mövsümdə “Roma”nın heyətində 16 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.