BAKI, 6 yanvar. TELEQRAF

“Şamaxı” qış təlim-məşq toplanışı zamanı iki yoxlama oyunu keçirəcək.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv yanvarın 11-də “Bank Respublika Arena”da “Sabah”la, yanvarın 17-də “Liv Bona Dea Arena”da U-21 millimizlə qarşılaşacaq.

Hər iki qarşılaşma saat 16:00-da start götürəcək.