BAKI, 17 dekabr. TELEQRAF

ABŞ-nin Milli Basketbol Assosiasiyasının (NBA) Kubokunun qalibi müəyyənləşib.

Teleqraf xəbər verir ki, Las Veqasda keçirilən final görüşündə "Niks" "San Antonio"nu məğlub edib.

Oyun Nyu-York təmsilçisinin 124:113 hesablı qələbəsi ilə başa çatıb.

"Niks"in hücumçusu O Ci Anunobi 28 xalla matçın ən yaxşısı seçilib.

Qeyd edək ki, "Niks" NBA Kubokunu qazanan üçüncü komandadır. Daha əvvəl "Los-Anceles Leykers" (2023) və "Miluoki Baks" da (2024) bu titula yiyələnib.