BAKI, 16 dekabr. TELEQRAF
Almaniyanın “Borussiya Dortmund” klubunun ulduz futbolçusu Kərim Adeyemi klubdan ayrılmaq istəyir.
Teleqraf “Bild” nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı hücumçunun bu qərarına şəxsi həyatı ilə bağlı səbəblər təsir göstərib.
Belə ki, Adeyemi sevgilisi Loredana Zefinin Dortmundda deyil, Avropanın böyük şəhərlərindən birində yaşamaq istədiyini bildirməsindən sonra bu addımı atmağa qərar verib. Futbolçu sevgilisinin bu fikrindən sonra agentini dəyişib və müqavilə şərtlərinin yenidən müzakirəsinə başlayıb.
2027-ci ilə qədər Dortmund təmsilçisi ilə müqaviləsi olmasına baxmayaraq, Adeyemi artıq rəhbərliyə komandadan ayrılmaq istədiyini bildirib.
Qeyd edək ki, cari mövsümdə Kərim Adeyemi “Borussiya”nın əsas oyunçularından biridir. Alman futbolçu indiyədək 21 oyunda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.