BAKI, 11 dekabr. TELEQRAF

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turundan sonra qapısından 13 qol buraxıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi bu qolların yeddisini, yəni 53,85%-ni cərimə meydançası daxilindən endirilən zərbələrdən sonra buraxıb.

"Köhlən atlar" bu göstəricidə liqanın əsas mərhələsinin 36 iştirakçı komandası arasında ən zəif ikincisidir.

Bu siyahının sonuncusu İngiltərənin "Nyukasl Yunayted" klubudur - buraxılan 6 qoldan 50%-i cərimə meydançasından vurulub.

Qeyd edək ki, "Qarabağ" son matçında Bakıda Niderlandın "Ayaks" klubuna 2:4 hesabı ilə uduzub.