BAKI, 11 dekabr. TELEQRAF

"Qarabağ"ın futbolçuları altı turdan sonra UEFA Çempionlar Liqasının əsas mərhələsində ən az zərbə vuranlar arasındadır.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv geridə qalan matçlarda cəmi 66 dəfə zərbə endiriblər.

Bu, 36 komanda arasında dörcüncü ən zəif göstəricidir. "Köhlən atlar"ın 66 cəhdindən 27-si qapı çərçivəsinə yönəlib ki, bunlardan cəmi onu qolla nəticələnib.

Siyahıya 121 zərbə ilə Fransanın PSJ klubu başçılıq edir. Ağdam təmsilçisinin növbəti rəqibi olan Almaniyanın "Ayntraxt Frankfurt" komandası isə 43 zərbə ilə bu göstəricinin ən zəifidir.

Qeyd edək ki, "Qarabağ" son matçında Bakıda Niderlandın "Ayaks" klubuna 2:4 hesabı ilə uduzub.