BAKI, 10 dekabr. TELEQRAF

İngiltərənin "Tottenhem" klubu Çempionlar Liqasında bütün zamanların klub rekordunu müəyyənləşdirib.

Teleqraf “Opta Sports”a istinadən xəbər verir ki, klub buna əsas mərhələnin VI turunda Praqa “Slaviya”sı üzərində 3:0 hesablı qələbədən sonra nail olub.

“Tottenhem” tarixində ilk dəfə evdə keçirdiyi dörd ardıcıl Çempionlar Liqası oyununda qapısını toxunulmaz saxlamağı bacarıb.

Qeyd edək ki, daha əvvəl “Tottenhem” “Milan”la 0:0 hesablı heç-heçə etmiş, “Vilyarreal”ı 1:0 hesabı ilə məğlub etmiş, “Kopenhagen”i isə 4:0 hesabıyla darmadağın etmişdi.