BAKI, 5 dekabr. TELEQRAF

UEFA İntizam Komitəsi milli komandaların oyunları zamanı azarkeşlərin davranışına görə Ukrayna Futbol Assosiasiyasına (UAF) cərimələr tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

UAF DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə oyun zamanı meydana qaçan və pirotexnika vasitələrindən istifadə edən azarkeşlərə görə ümumilikdə 19.000 avro xərcə düşüb.

Bundan əlavə, UAF Bosniya və Herseqovinaya qarşı AVRO-2024 seçmə mərhələsinin pley-off oyunu zamanı tribunada Rusiyanı terrorizmdə ittiham edən banner asdığına görə 15.000 avro cərimələnib. UEFA şüarı siyasi və təxribatçı adlandırıb.