BAKI, 3 dekabr. TELEQRAF
Qazaxıstan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Teleqraf xəbər verir ki, bu post artıq Talğat Baysufinova həvalə olunacaq.
Tərəflər yaxın günlərdə müqavilə imzalayacaqlar. 2025-ci ilin sentyabrından Baysufinov milli komandanın baş məşqçisinin səlahiyyətlərini icra edirdi.
Qeyd edək ki, 57 yaşlı mütəxəssisin rəhbərliyi altında Qazaxıstan yığması 4 oyun keçirib, onların üçü 2026-cı il dünya çempionatının seçmə mərhələsinin qarşılaşmaları olub. Komanda J qrupunda 4-cü yeri tutub və mundialın final mərhələsinə vəsiqə qazana bilməyib. 2024-cü ilin iyulundan 2025-ci ilin yanvarınadək Qazaxıstan yığmasına Stanislav Çerçesov, yanvardan sentyabra qədər isə Azərbaycan əsilli Əli Əliyev rəhbərlik edib.