BAKI, 22 iyun. TELEQRAF
İtaliya təmsilçisi “Yuventus”un kanadalı futbolçusu Conatan Devid komandanı tərk edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Corriere dello Sport nəşri məlumat yayıb.
Turin təmsilçisi yay transfer pəncərəsində hücum xəttində dəyişiklik etməyi planlaşdırdığından, 26 yaşlı forvardın transfer təkliflərini dəyərləndirməyə hazırdır. Bildirilir ki, “Yuventus” Conatan Devid üçün 30 milyon avro məbləğində qiymət müəyyənləşdirib.
Devidlə İngiltərənin “Tottenhem” və Fransanın “Lion” klublarının maraqlandığı qeyd olunur. Hər iki klubun yaxın vaxtlarda rəsmi addımlar atacağı istisna edilmir.
Qeyd edək ki, Conatan Devid ötən yay azad agent kimi Fransanın “Lill” klubundan “Yuventus”a transfer olunub.