BAKI, 21 iyun. TELEQRAF
Belçika millisi 2026-cı il dünya çempionatında İranla oyuna ciddi itki ilə çıxacaq.
Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, komandanın vingeri Ceremi Doku G qrupunun II tur matçında iştirak etməyəcək.
Buna futbolçunun tənəffüs yolu infeksiyasından əziyyət çəkməsi səbəb olub. Doku turnirdən əvvəl də səhhətində problem yaşayıb və milli komandanın düşərgəsinə soyuqdəymə ilə qoşulub.
Misirlə 1:1 hesablı heç-heçə başa çatan ilk tur matçından sonra onun vəziyyətinin yaxşılaşdığı bildirilsə də, futbolçunun durumu yenidən pisləşib.
Qeyd edək ki, Belçika - İran matçı iyunun 21-də keçiriləcək. İlk turdan sonra G qrupundakı bütün komandaların 1 xalı var.