BAKI, 22 iyun. TELEQRAF
Serbiya Prezidenti Aleksandar Vuçiç Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni Belqrada rəsmi səfərə dəvət edib.
Teleqraf xəbər verir ki, Tbilisiyə səfəri zamanı göstərilən qonaqpərvərliyə görə İrakli Kobaxidzeyə təşəkkürünü bildirən Aleksandar Vuçiç Gürcüstandakı inkişaf və tərəqqidən dərin təəssürat aldığını qeyd edib:
"Əminəm ki, əməkdaşlığımızın ən mühüm nailiyyətləri hələ qarşıdadır və bu, hər iki ölkənin biznes dairələri, eləcə də vətəndaşları üçün faydalı olacaq".