BAKI, 22 iyun. TELEQRAF
"Qarabağ" Avstriyaya təlim-məşq toplanışına yollanıb.
Teleqraf xəbər verir ki, səfərə yollanan heyətdə Azərbaycan millisinin üzvü Elvin Cəfərquliyev də yer alıb.
Ötən mövsüm intizam pozuntusu səbəbindən Qurban Qurbanov tərəfindən komanadadan uzaqlaşdlırılan 25 yaşlı müdafiəçi uzun müddət sonra ilk dəfə əsas komanda ilə görüntülənib.
Qeyd edək ki, "Qarabağ" Elvin Cəfərquliyevi satacağını açıqlayıb.