BAKI, 21 iyun. TELEQRAF
2026-cı il dünya çempionatının H qrupunda İspaniya və Səudiyyə Ərəbistanı yığmaları arasında keçirilən oyun başa çatıb.
Teleqraf xəbər verir ki, qarşılaşma İspaniyanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Avropa təmsilçisinin heyətində Lamine Yamal 10-cu dəqiqədə hesabı açıb. Mikel Oyarzabal 21 və 24-cü dəqiqələrdə fərqlənərək dubl edib. Oyunda son qol 49-cu dəqiqədə qeydə alınıb. Səudiyyə Ərəbistanının futbolçusu Hasan əl-Tambakti avtoqol müəllifi olub.
Qeyd edək ki, İspaniya ilk turda Kabo Verde ilə 0:0, Səudiyyə Ərəbistanı isə Uruqvayla 1:1 hesablı heç-heçə etmişdi.
H qrupunun digər oyununda Uruqvay Kabo Verde ilə qarşılaşacaq.
***
21:12
İspaniya millisi Səudiyyə Ərəbistanı ilə oyunda fərqi 4-ə çatdırıb.
Teleqraf xəbər verir ki, Səudiyyə Ərəbistanının futbolçusu Hasan el-Tambakti 49-cu dəqiqədə avtoqol müəllifi olub.
***
20:08
2026-cı il dünya çempionatının H qrupunda İspaniya - Səudiyyə Ərəbistanı matçında ikinci hissə başladı.
***
20:51
2026-cı il dünya çempionatının H qrupunda İspaniya və Səudiyyə Ərəbistanı yığmaları üz-üzə gəlir.
Teleqraf xəbər verir ki, qarşılaşmanın birinci hissəsi başa çatıb.
İspaniya fasiləyə 3:0 hesablı üstünlüklə yollanıb. Avropa təmsilçisinin heyətində Lamin Yamal 10-cu dəqiqədə hesabı açıb. Daha sonra Mikel Oyarzabal 21 və 24-cü dəqiqələrdə fərqlənərək dubl edib.
***
20:25
İspaniya millisi Səudiyyə Ərəbistanı ilə oyunda fərqi 3-ə çatdırıb.
Teleqraf xəbər verir ki, Oyarzabal 24-cü dəqiqədə dubl müəllifi olub.
***
20:22
İspaniya millisi Səudiyyə Ərəbistanı ilə oyunda fərqi 2-yə çatdırıb.
Teleqraf xəbər verir ki, 21-ci dəqiqədə Mikel Oyarzabal fərqlənib.
***
20:12
İspaniya millisi Səudiyyə Ərəbistanı ilə oyunda hesabı açıb.
Teleqraf xəbər verir ki, 11-ci dəqiqədə Lamin Yamal fərqlənib - 1:0.
Beləliklə, o, dünya çempionatında ilk qolunu vurub.
***
20:00
2026-cı il dünya çempionatında H qrupunun II turunun ilk oyununa start verilib.
Teleqraf xəbər verir ki, İspaniya millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşır.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
İspaniya ilk turda Kabo Verde ilə 0:0 hesablı heç-heçə edib. Səudiyyə Ərəbistanı isə Uruqvayla 1:1 hesablı bərabərliyə qalıb.
Qeyd edək ki, H qrupunun digər oyununda Uruqvay Kabo Verde ilə üz-üzə gələcək.