BAKI, 21 iyun. TELEQRAF
2026-cı il dünya çempionatında E qrupunun II turunun növbəti oyunu keçirilib.
Teleqraf xəbər verir ki, Almaniya millisi Fil Dişi Sahili ilə qarşılaşıb.
Görüş Almaniyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Fil Dişi Sahili 30-cu dəqiqədə Frank Kessyenin qolu ilə hesabı açıb.
Almaniya 86-cı dəqiqədə Deniz Undavın qolu ilə tarazlığı bərpa edib. 90+4-cü dəqiqədə yenidən fərqlənən Undav komandasına qələbə qazandırıb.
Bu nəticədən sonra Almaniya qrupda ardıcıl ikinci qələbəsini qazanıb.
Qeyd edək ki, E qrupunun digər matçında Ekvador Kurasao ilə qarşılaşacaq.
***
01:57
Almaniya yığması Fil Dişi Sahili yığması ilə qarşılaşmada hesabda önə keçib.
Teleqraf xəbər verir ki, Almaniya yığmasının üzvü Deniz Undav 90+4-cü dəqiqədə dubla imza atıb.
***
01:32
Almaniya yığması hesabı bərabərləşdirib.
Teleqraf xəbər verir ki, 68-ci dəqiqədə Deniz Undav fərqlənib.
***
01:08
Almaniya-Fil Dişi Sahili qarşılaşmasında ikinci hissə başlayıb.
***
00:52
Almaniya-Fil Dişi Sahili qarşılaşmasında ilk hissə yekunlaşıb.
Teleqraf xəbər verir ki, Fil Dişi Sahili yığması fasiləyə üstün yollanıb.
***
00:30
Fil Dişi Sahili yığması Almaniya ilə oyunda hesabı açıb.
Teleqraf xəbər verir ki, qarşılaşmanın ilk qoluna 30-cu dəqiqədə Frank Kessie imza atıb.
***
00:00
2026-cı il dünya çempionatında E qrupunun II turunun növbəti oyununa start verilib.
Teleqraf xəbər verir ki, Almaniya millisi Fil Dişi Sahili ilə qarşılaşır.
Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayıb.
Almaniya ilk turda Kurasao üzərində 7:1 hesablı qələbə qazanıb. Fil Dişi Sahili isə Ekvadoru 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, E qrupunun digər oyununda Ekvador Kurasao ilə üz-üzə gələcək.