CƏBRAYIL, 22 iyun. TELEQRAF
Şükürbəyli kəndində çatan ailələrə mənzillərin açarları təqdim edilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatan 89 nəfərdən ibarət 20 ailəyə mənzillərin açarları təqdim edilib.
***
13:33
Şükürbəyli kəndinə yola salınan köç mənzil başına çatıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınan 20 ailə mənzil başına çatıb.
Daha sonra mənzil başına çatan ailələrə sahib olduqları mənzillərin açarları təqdim ediləcək.
***
12:49
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Qayıdış proqramına uyğun olaraq bu mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 20 ailədə 89 nəfər Füzuli rayonunun Alıxanlı kənd keçid postundan yola salınıb.
Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.