MİNGƏÇEVİR, 22 iyun. TELEQRAF

Mingəçevirdə döyülərək öldürülən 34 yaşlı Tural Bəhrəmnlinin qətli ilə bağlı təfərrüatlar məlum olub.

Mübahisə zamanı 51 yaşlı Rafiq Məmmədov tərəfindən öldürülən 34 yaşlı Tural Bəhrəmlinin anası Gülsabah Bəhrəmova Teleqraf-ın Mərkəzi Aran bürosuna oğlunun qız üstündə qətlə yetirildiyini deyib.

Onun sözlərinə görə, oğlu Rafiq Məmədovun qızını sevirmiş.

G.Bəhrəmova deyib ki, Rafiq Məmmədovun bu izdivaca razılıq verməməsinin səbəbi yaş fərqi olub:

"Oğlumun 34 yaşı vardı, qız isə 18 yaşındadır. Mən özüm də yaş fərqinə görə onların evlənməsinə razı deyildim. Oğlum 20 saylı orta məktəbdə gözətçi işləyirdi, çox zəhmətkeş idi. Hadisə baş verən günü evə ərzaq alıb göndərmişdi, işləri olduğunu demişdi. Axşam saat 10 radələrində xəbər gəldi ki, Tural xəstəxanaya düşüb. Tez getdik, gördük yazıq balam əldən gedib".

Qeyd edək ki, hadisə dünən gecə saatlarında Mingəçevirdə yerləşən kafelərdən birinin qarşısında baş verib.

Rafiq Məmmədov aralarında yaranmış mübahisə zəminində 35 yaşlı Tural Bəhrəmlini döyərək xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən T.Bəhrəmli aldığı xəsarətlərdən orada ölüb.