BAKI, 22 iyun. TELEQRAF
Türkiyə təmsilçisi “Qalatasaray” Mərakeş millisinin üzvü Bilal El Xanusu ilə maraqlanır.
Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-qırmızılılar” ötən mövsümü Bundesliqa təmsilçisi “Ştutqart”da icarə əsasında keçirən 22 yaşlı yarımmüdafiəçi üçün rəsmi təklif hazırlayır.
Menecerlər tərəfindən “Qalatasaray”a təklif olunan El Xanusun hücum xəttində yaradıcı rolu ilə seçilir.
Hazırda onun bazar dəyərinin 35 milyon avro olduğu bildirilir. Futbolçunun transfer hüquqları İngiltərə Çempionşip klubu “Lester Siti”yə məxsusdur.
Qeyd edək ki, El Xanus ötən mövsüm “Ştutqart”ın heyətində 41 oyuna çıxaraq 9 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun “Lester Siti” ilə müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir.