BAKI, 20 iyun. TELEQRAF
“Müqaviləm davam edir. Bütün diqqətim “Qarabağ”dadır. Qurban Qurbanov məni komandada görmək istəyir. Hazırda ayrılmaqla bağlı heç nə yoxdur”.
Bunu Teleqraf-a açıqlamasında “Qarabağ”ın kolumbiyalı futbolçusu Kamillo Duran deyib.
24 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisindən ayrılacağı ilə bağlı yayılan iddiaların yalan olduğunu bildirib.
Duran Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibləri İslandiya təmsilçisi “Vestri” ilə oyuna hazırlıqlardan da danışıb:
“Avropa Liqasına ciddi şəkildə hazırlaşırıq. Ümid edirəm ki, hər şey planlaşdırdığımız kimi gedəcək. Rəqiblə bağlı hələ çox məlumatımız yoxdur. Çünki onları analiz etmək üçün vaxtımız olacaq. Ümid edirəm ki, növbəti mərhələyə yüksələn tərəf biz olacağıq”.
Qeyd edək ki, Kamilo Duran ötən yay Portuqaliyanın “Portimonense” klubundan “Qarabağ”a keçib.