BAKI, 20 iyun. TELEQRAF

2026-cı il dünya çempionatında F qrupunun II turunun növbəti oyunu keçirilib.

Teleqraf xəbər verir ki, Niderland millisi İsveçlə qarşılaşıb.

Görüş Niderlandın 5:1 hesablı qələbəsi ilə başa çatıb. Qalib komandanın heyətində Brayan Brobbi və Kodi Qakpo dubl edib. Digər qolu isə Kraysensio Summervill vurub.

İsveçin yeganə qolunu Entoni Elanqa vurub.

Bu nəticədən sonra Niderland turnirdə ilk qələbəsini qazanıb. İsveç isə ikinci oyunda ilk məğlubiyyətini alıb.

Qeyd edək ki, F qrupunun digər matçında Tunis Yaponiya ilə qarşılaşacaq.

***

22:50

Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyununda 6-cı qol vurulub.

Teleqraf xəbər verir ki, Niderland yığmasının üzvü Kraysensio Summervill komandasının 5-ci qoluna imza atıb.

89-cu dəqiqədə fərqlənən Summervill hesabı 5:1 edib.

***

22:20

Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyununda 5-ci qol vurulub.

Teleqraf xəbər verir ki, İsveç yığması qarşılaşmada ilk qolunu vurub.

Beləliklə, matçda hesab 4:1 olub. 59-cu dəqiqədə Antoni Elanqa fərqlənib.

***

22:16

Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyununda 4-cü qol vurulub.

Teleqraf xəbər verir ki, Niderland millisinin üzvü Kodi Qakpo 54-cü dəqiqədə dubla imza atıb.

***

22:10

Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyununda üçüncü qol vurulub.

Teleqraf xəbər verir ki, Niderland millisinin üzvü Kodi Qakpo fərqlənib - 3:0.

***

22:06

Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyununda ikinci hissə başladı.

***

21:51

Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyununda birinci hissə başa çatıb.

Teleqraf xəbər verir ki, Niderland yığması fasiləyə üstün yollanıblar - 2:0.

***

21:21

Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyununda ikinci qol vurulub.

Teleqraf xəbər verir ki, Niderland millisinin üzvü Brayan Brobbi 17-ci dəqiqədə dubla imza atıb.

***

21:10

Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyununda hesab açılıb.

Teleqraf xəbər verir ki, ilk qolu Niderland millisi vurub.

5-ci dəqiqədə Brayan Brobbi fərqlənib.

***

21:00

2026-cı il dünya çempionatında F qrupunun II turunun növbəti oyununa start verilib.

Teleqraf xəbər verir ki, Niderland millisi İsveçlə qarşılaşır.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

İsveç ilk turda Tunisə 5:1 hesabı ilə qalib gəlib. Niderland isə Yaponiya ilə 2:2 hesablı heç-heçə edib.

Qeyd edək ki, F qrupunun digər oyununda Tunis Yaponiya ilə üz-üzə gələcək.