BAKI, 22 iyun. TELEQRAF

2026-cı il dünya çempionatının qrup mərhələsində Belçika və İran milliləri üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, G qrupunun 2-ci turu çərçivəsində keçirilən qarşılaşmada qalib müəyyənləşməyib. Görüş 0:0 hesabı ilə başa çatıb.

Matçın gedişində Belçika millisi azlıqda qalıb. Buna baxmayaraq, İran yığması say üstünlüyündən yararlana bilməyib və hesabı açmaq mümkün olmayıb.

Bu nəticədən sonra hər iki komanda qrupda növbəti xalını qazanıb.

Qeyd edək ki, Belçika ilk turda Misirlə 1:1, İran isə Yeni Zelandiya ilə 2:2 hesablı heç-heçə etmişdi.

***

00:32

2026-cı il dünya çempionatının qrup mərhələsində Belçika və İran milliləri qarşılaşır.

Teleqraf xəbər verir ki, G qrupunun 2-ci turu çərçivəsində keçirilən görüşdə İran millisi meydanda 10 nəfər qalıb.

Nathan Ngoy 67-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.

***

00:10

2026-cı il dünya çempionatının qrup mərhələsində Belçika və İran milliləri qarşılaşır.

Teleqraf xəbər verir ki, G qrupunun 2-ci turu çərçivəsində keçirilən qarşılaşmada ikinci hissə start götürüb.

***

23:53

2026-cı il dünya çempionatının qrup mərhələsində Belçika və İran milliləri qarşılaşır.

Teleqraf xəbər verir ki, G qrupunun 2-ci turu çərçivəsində keçirilən qarşılaşmanın ilk hissəsi qolsuz bərabərliklə başa çatıb – 0:0.

Komandalar fasiləyə qədər hesabı açmağa çalışsalar da, qapılara qol vurulmayıb.

Qeyd edək ki, hər iki komanda mundialda ilk qələbəsini qazanmağa çalışır. Belçika ilk turda Misirlə 1:1, İran isə Yeni Zelandiya ilə 2:2 hesablı heç-heçə edib.

***

23:00

2026-cı il dünya çempionatında G qrupunun II turunun növbəti oyununa start verilib.

Teleqraf xəbər verir ki, Belçika millisi İranla qarşılaşır.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Belçika ilk turda Misirlə 1:1 hesablı heç-heçə edib. İran isə Yeni Zelandiya ilə 2:2 hesablı bərabərliyə qalıb.

Qeyd edək ki, G qrupunun digər oyununda Misir Yeni Zelandiya ilə üz-üzə gələcək.