BAKI, 22 iyun. TELEQRAF
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş iyunun 23-də Bakıya səfər edəcək.
Bu barədə Teleqraf-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
N.Kurtulmuş Milli Məclisin ev sahibliyi ilə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı (İƏTPİ) Konfransının 20-ci Sessiyasında iştirak etmək məqsədilə iyunun 24-dək Azərbaycana səfərdə olacaq.
Səfər çərçivəsində Kurtulmuşun iştirakçı ölkələrin parlament sədrləri və beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.