BAKI, 22 iyun. TELEQRAF
Böyük Britaniya Baş naziri Kir Starmer vəzifəsindən istefa verib.
Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Starmer baş nazir vəzifəsindən istefa verdiyini elan edərək bildirib ki, yerinə təyin olunacaq şəxs sentyabr ayına qədər müəyyən ediləcək.
O əlavə edib ki, yeni baş nazir seçilənə qədər vəzifəsinin icrasını davam edəcək.
Kir Starmer Leyboristlər Partiyasının lideri və baş nazir vəzifələrindən istefa verdiyini Kral III Çarlza bildirib.
Baş nazir Leyboristlər Partiyasının yeni liderinin seçilməsi prosesinin iyulun 9-da başlayacağını və özünün iştirak etməyəcəyini də açıqlayıb. Starmer Leyboristlər Partiyasının lideri vəzifəsində onun yerinə keçmək istəyənlərin ərizələrinin iyulda parlament tətilinə qədər qəbul edilməli olduğunu vurğulayıb.