BAKI, 22 iyun. TELEQRAF

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "bayquşlar"ın ilk rəqibi Rumıniyanın “Universitatya Krayova” klubu olacaq.

Matç iyunun 24-də keçiriləcək.

“Sabah” iyunun 28-də Macarıstanın “Ferentsvaroş”, iyulun 2-də isə Ukraynanın “Polissya” komandaları ilə qarşılaşacaq.