BAKI, 21 iyun. TELEQRAF

Futbol üzrə dünya çempionatının qrup mərhələsində növbəti oyunlar keçirilib.

Teleqraf xəbər verir ki, F qrupunun II turu çərçivəsində Monterrey stadionunda Tunis və Yaponiya yığmaları qarşılaşıb.

Matç asiyalıların 4:0 hesablı böyük qələbəsi ilə başa çatıb.

Yaponiyanın heyətində qolları 4-cü dəqiqədə Daiti Kamada, 31 və 83-cü dəqiqələrdə Ayase Ueda, 69-cu dəqiqədə isə Cunya İto vurub.