BAKI, 22 iyun. TELEQRAF

İspaniya millisi 2026-cı il dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Səudiyyə Ərəbistanı yığmasını böyük hesabla məğlub edib.

Teleqraf xəbər verir ki, qarşılaşma İspaniyanın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə İspaniya millisi rəsmi oyunlardakı məğlubiyyətsiz seriyasını 33 matça çatdırıb. Komanda bu müddətdə 26 qələbə qazanıb, 7 dəfə heç-heçə edib.

İspanların məğlubiyyətsiz seriyası 2023-cü il martın 28-dən davam edir. Həmin gün İspaniya Avro-2024-ün seçmə mərhələsində Şotlandiyaya 0:2 hesabı ilə uduzmuşdu.

İspaniya millisi rəsmi matçlarda ən uzun məğlubiyyətsiz seriya üzrə dünya rekordunu təkrarlayıb. Daha əvvəl Braziliya millisi 1993–1998-ci illərdə ardıcıl 33 rəsmi oyunda məğlub olmamışdı.