BAKI, 21 iyun. TELEQRAF
İran millisi 2026-cı il dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Belçikaya qarşı matçda diqqətçəkən göstəriciyə imza atıb.
Teleqraf "Opta"ya istinadla xəbər verir ki, İran yığması mundiallar tarixində ən yaşlı start heyətlərindən biri ilə meydana çıxıb.
Belçika ilə oyunda İranın əsas heyətində yer alan futbolçuların orta yaşı 32 il 181 gün olub.
Bu göstərici İran millisini Dünya Kuboku tarixində ən yaşlı start heyətləri siyahısında ön sıralara çıxarıb. Siyahıda liderlik isə 1998-ci il mundialında məhz İrana qarşı oynamış Almaniya millisinə məxsusdur. Həmin görüşdə Almaniyanın start heyətinin orta yaşı 32 il 334 gün təşkil edib.
Bu anti-reytinqdə yüksək yerlərdən birində 1998-ci ildə Meksikaya qarşı çıxış etmiş Belçika millisi də var. Həmin oyunda Belçikanın start heyətinin orta yaşı 31 il 301 gün olub.
Qeyd edək ki, statistikalar 1966-cı ildən bəri aparılır.