BAKI, 1 dekabr. TELEQRAF
İspaniya çempionu "Barselona"nın və Avropa çempionu İspaniyanın 18 yaşlı cinah yarımmüdafiəçisi Lamin Yamal dünya çempionu Argentina millisinin 38 yaşlı hücumçusu Lionel Messi ilə onun arasında aparılan müqayisələrə münasibət bildirib.
Teleqraf xəbər verir ki, Yamalın CBS telekanalına müsahibəsində deyib: "Messiyə həmişə hörmət edəcəm. O, tarixin ən yaxşısıdır, amma mən öz yolumla getmək istəyirəm. Messi bilir ki, mən onu təqlid etmək istəmirəm".
O da məlum olub ki, Lamin Yamalın kumiri “Barselona”nın sabiq futbolçusu, braziliyalı Santos və Braziliya millisinin hücumçusu Neymardır.