BAKI, 1 dekabr. TELEQRAF

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının favoritləri müəyyənləşib.

Teleqraf xəbər verir ki, bununla bağlı "Opta" superkompüteri araşdırma aparıb.

Platformanın araşdırmasına görə, hazırkı Avropa çempionu İspaniya yığması 17% şansla mundialın qalibi olmağa əsas favoritdir.

Fransa millisi 14,1 %-lə ikinci, İngiltərə isə 11,8% şansla üçüncüdür.

Son dünya çempionu Argentina dördüncü yerdədir (8,7%), ardınca Almaniya (7,1%), Portuqaliya (6,6%) və Braziliya gəlir (5,6%).

Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.