BAKI, 27 noyabr. TELEQRAF
"Qarabağ"ın futbolçusu Pedro Bikalyo UEFA Çempionlar Liqasında top qazanma sayında liderlər arasında qərarlaşıb.
Teleqraf xəbər verir ki, braziliyalı yarımmüdafiəçi geridə qalan beş oyun ərzində 11 dəfə rəqibdən topu ala bilib.
O, bu göstəricidə üçüncü sıradadır. Ağdam təmsilçisinin zədəli futbolçusu Kadi Borges isə beşincidir - 10 top qazanma.
Siyahıya İspaniya təmsilçisi "Atletik Bilbao"nun üzvü Aytor Paredeş (13) başçılıq edir.
Qeyd edək ki, Pedro Bikalyo "Qarabağ"a yayda transfer olunub.