BAKI, 26 noyabr. TELEQRAF

"Qarabağ"ın polşalı qapıçısı Mateuş Koxalskinin üç qurtarışı UEFA Çempionlar Liqasında günün ən yaxşıları sırasında yer alıb.

Teleqraf UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı qolkiperin İtaliyada "Napoli" ilə oyunda penaltini dəf etdiyi epizodla yanaşı, digər iki seyvi də "altılığ"a düşüb.

Qurum paylaşımda "qapıçılar bu gecə ən yaxşı formadadırlar. Ən yaxşısı hansıdır?" deyə sorğu da başladıb.

Qeyd edək ki, ötən gecə baş tutan "Napoli" - "Qarabağ" matçı meydan sahiblərinin 2:0 qələbəsi ilə yekunlaşıb.