BAKI, 26 noyabr. TELEQRAF

“Oyunun startı mənim üçün çətin oldu, çox səhvlər etdim”.

Teleqraf xəbər verir ki, bunu İtaliyanın “Napoli” klubunun futbolçusu Skott Maktominey evdə “Qarabağ”ı 2:0 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqası oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Görüşün 66-cı dəqiqəsində hesabı açan şotland yarımmüdafiəçi ikinci hissədə komandasının daha yaxşı oynadığını bildirib: “İkinci hissədə daha yaxşı oynamağa başladıq. Məncə, daha çox qol vura bilərdik. Komandaya fayda vermək istəyirəm. Qol vurub-vurmamağımın fərqi yoxdur. Baş məşqçi Antonio Konte məndən hər zaman yüksək performans tələb edir. Bu gün komandamıza təbrik düşür, Çempionlar Liqasında çox vacib üç xal qazandıq. Azarkeşlər möhtəşəm atmosfer yaratmışdılar”.