BAKI, 26 noyabr. TELEQRAF
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində İtaliyada "Napoli" ilə qarşılaşıb.
Teleqraf xəbər verir ki, "Dieqo Armando Maradona" stadionunda baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Polşalı FIFA referisi Şimon Marcinyakın idarə etdiyi matçda hesabı 66-cı dəqiqədə Skott Maktominey açıb. 7 dəqiqə sonra isə Ağdam təmsilçisinin yarımmüdafiəçisi Marko Yankoviç avtoqol müəllifi olub.
Qarşılaşmanın 56-cı dəqiqəsində "Napoli"nin hücumçusu Rasmus Höylundun yerinə yetirdiyi penalti zərbəsini "Qarabağ"ın qapıçısı Mateuş Koxalski dəf etməyi bacarıb.
Bununla da xallarının sayını 7-yə çatdıran son İtaliya çempionu 18-ci sıraya yüksəlib. "Qarabağ" eyni xalla 16-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" növbəti turda Bakıda "Ayaks"la qarşılaşacaq.
***
01:28
73-cü dəqiqədə rəqibin futbolçusu Skott Maktomineyin zərbəsindən sonra top Ağdam təmsilçisinin oyunçusu Marko Yankoviçə dəyərək qapıya daxil olur.
***
01:22
Oyunun 66-cı dəqiqəsində "Napoli"nin yarımmüdafiəçisi Skott Maktominey hesabı açdı.
***
01:14
56-cı dəqiqədə "Napoli"nin hücumçusu Rasmus Höylund penaltidən fərqlənə bilmədi. "Qarabağ"ın qapıçısı Mateuş Koxalski onun zərbəsini dəf etdi.
***
01:01
Oyunda ikinci hissə başladı.
***
00:46
Oyunda ilk hissə başa çatıb - 0:0.
***
00:00
UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində İtaliyada keçirilən "Napoli" - "Qarabağ" oyunu start götürüb.
Teleqraf xəbər verir ki, "Dieqo Armando Maradona" stadionunda təşkil olunan görüşü polşalı FIFA referisi Şimon Marcinyak idarə edir.
"Qarabağ" hazırda 7 xalla 15-ci, "Napoli" isə 4 xalla 24-cü pillədə qərarlaşıb.