BAKI, 25 noyabr. TELEQRAF

"Çempionlar Liqasında bacardığımız qədər irəliləmək istəyirik".

Teleqraf xəbər verir ki, bunu İtaliya "Napoli"sinin futbolçusu Rasmus Höylund evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqası matçı öncəsi "Sky Sport"a açıqlamasında deyib.

"Bu gün üç xal qazana bilərik. Çempionlar Liqasında oynamaq şansım olduğu üçün özümü xoşbəxt hiss edirəm. Rəqiblərə qarşı qollar vurmağa davam etmək istəyirəm. Bu gün klubumuzun əfsanəsi Dieqo Armando Maradonanın vəfatından 5 il keçir. Onun şərəfinə adlandırılmış oyunda qələbə qazanaraq bu günü daha da xüsusi etmək istəyirik", - deyə Höylund bildirib.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.