BAKI, 25 noyabr. TELEQRAF
Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda “Qarabağ” İtaliyada “Napoli”nin qonağı olacaq.
Teleqraf xəbər verir ki, “Dieqo Armando Maradona” stadionunda keçiriləcək qarşılaşma polşalı FIFA referisi Şimon Marcinyaka həvalə edilib.
Matçın start fiti Bakı vaxtı ilə saat 00:00-da eşidiləcək.
Antonio Kontenin rəhbərlik etdiyi kollektiv 4 xalla 24-cü, Qurban Qurbanovun komandası isə 7 xalla 15-ci pillədə qərarlaşıb.
UEFA Çempionlar Liqası
Əsas mərhələ
V tur
00:00. “Napoli” (İtaliya) - “Qarabağ” - (Azərbaycan)
Hakimlər: Şimon Marcinyak, Tomaş Listkeviç, Adam Kupsik (hamısı Polşa)
Dördüncü hakim: Voyçex Miç (Polşa)
VAR: Pol van Bokel (Niderland)
AVAR: İvan Bebek (Xorvatiya)
“Dieqo Armando Maradona” stadionu