BAKI, 20 noyabr. TELEQRAF

DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.

Teleqraf xəbər verir ki, İsveçrənin Sürix şəhərində yerləşən FIFA-nın qərargahında təşkil olunan mərasimdə Türkiyə milli komandasının da rəqibi müəyyənləşib.

"Ay-ulduzlular" pley-off mərhələsinin yarımfinalında Rumıniya seçməsi ilə qarşılaşacaq.

Vinçenso Montellanın rəhbərlik etdiyi kollektiv finala yüksələcəyi təqdirdə isə Slovakiya - Kosovo cütünün qalibi ilə üz-üzə gələcək.

DÇ-2026

Avropa zonası, pley-off

A yolu

İtaliya - Şimali İrlandiya

Uels - Bosniya və Herseqovina

B yolu

Ukrayna - İsveç

Polşa - Albaniya

C yolu

Türkiyə - Rumıniya

Slovakiya - Kosovo

D yolu

Danimarka - Şimali Makedoniya

Çexiya - İrlandiya

Qeyd edək ki, pley-off mərhələsinin yarımfinal matçları gələn ilin martın 26-da, finallar isə 31-də keçiriləcək.