BAKI, 19 noyabr. TELEQRAF

Yamayka millisinin baş məşqçisi Stiv Maklaren DÇ-2026-nın final mərhələsində Kurasaoya məğlub olduqdan sonra istefa verib.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian"a nəşri məlumat yayıb.

65 yaşlı mütəxəssisin rəhbərliyi altında komanda B qrupunda Kurasao ilə qolsuz bərabərliklə bitən görüşündən sonra Yamayka mundiala şansını itirib.

Qeyd edək ki, Kurasao seçmə mərhələni 12 xalla lider başa vurub. Yamayka millisi isə 11 xalla ikinci yerdə başa vurub.