BAKI, 26 oktyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının IX turuna yekun vurulub.

Teleqraf xəbər verir ki, turun son oyununda “Qarabağ” və “Şamaxı” komandaları üz-üzə gəlib.

“Azersun Arena”da keçirilən qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Oyunu baş hakim Tural Qurbanov idarə edib.

Bu nəticədən sonra Qurban Qurbanovun kollektivi 17 xalla ikinci pillədə, Ayxan Abbasovun komandası isə 10 xalla 9-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, bu gün baş tutan digər matçda “Neftçi” səfərdə “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib. Daha əvvəl oynanılan görüşlərdə “Turan Tovuz” səfərdə “Karvan-Yevlax”ı 2:1, “İmişli” “Kəpəz”i 3:0, “Zirə” isə evdə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” – “Sabah” qarşılaşmasında isə qalib müəyyənləşməyib – 2:2.